BQXK-nın Azərbaycan Nümayəndəliyinə <span style="color:red;">CİDDİ XƏBƏRDARLIQ
18 iyul 2014 13:30 (UTC +04:00)

BQXK-nın Azərbaycan Nümayəndəliyinə CİDDİ XƏBƏRDARLIQ

“Kəlbəcərdə girov götürülənlərlə qısa müddətdə görüş alınmasa, BQXK-nın Azərbaycandakı Nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər...”


 

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinə ciddi xəbərdarlıq edildiyini açıqlayıb.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, Ə. Həsənov bildirib ki, Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bir həftə ərzində görüşün alınmaması BQXK-nın fəaliyyətini şübhə altına alır: “Azərbaycan tərəfinə əsir düşənlərin, girov olanların hansına işgəncə verilib? Nə üçün Azərbaycan tərəfinə bir erməni girov düşən kimi BQXK Azərbaycan hökumətinə müraciət edir və dərhal görüş təmin edilir. Ermənistan tərəfi nə üçün etmir? Ona görə də mən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdə ciddi xəbərdarlıq etdim ki, əgər buna nail olmasalar, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi haqqında çox ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər... Zəhmət çəkib tədbir görsünlər”.

# 1042
avatar

Oxşar yazılar