“Komitə sədri Əli Hüseynli də verdiyi müsahibədə mənim çıxışımdan sonra bəzi müxalifət mətbuatında gedən qaranlıq, heç bir həqiqətə uyğun olmayan məsələlərə aydınlıq gətirdi”.
Lent.az-ın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib və ötən iclasda gömrük xidməti ilə bağlı qalmaqala səbəb olan çıxışından danışıb:
“Komitə sədri Əli Hüseynli də verdiyi müsahibədə mənim çıxışımdan sonra bəzi müxalifət mətbuatında gedən qaranlıq, heç bir həqiqətə uyğun olmayan məsələlərə aydınlıq gətirdi. Bu gün mənə verilən izahat və arayışda da qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin saytında da onun statistik rəqəmləri bütün dünyaya açıqdır. Nəinki xarici ticarət dövriyyəsi, hətta gömrükdən keçən malların strukturu da göstərilir. Bu günə qədər heç bir dövlətdən, heç bir rəsmi təşkilatdan oradakı rəqəmlərin qeyri- dürüstlüyü ilə bağlı rəsmi müraciət olmayıb. Deməli, bunlar həqiqəti əks etdirir və ona görə də bununla bağlı kimlərsə hansısa manipulyasiya edirsə bu düzgün deyil”.