Bakı şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrıldı
28 dekabr 2012 18:58 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrıldı

0

Prezident İlham Əliyev Bakı şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-n AzərTAc-a istinadən verdiyi məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.
 

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1086

Oxşar yazılar