
Azərbaycanlıların soyqrımının 100-cü ildönümü ilə bağlı yürüş keçirilir
Azərbaycanlıların soyqrımının 100-cü ildönümü ilə bağlı Qubadakı soyqırımı məzarlığına yürüş təşkil olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yürüşdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Şeyxülislam Hacı Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, alimlər, Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin digər bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz iştirak edir.
Yürüşdə “31 Mart soyqırımını unutmadıq!”, “Dünya birliyi erməni terrorizminə siyasi və hüquqi qiymət verməlidir”, “Terrorizmə yox!” şüarları səsləndirilib.
Bu gün Quba Soyqırımı Memorial Kompleksində “Soyqrımların dərsləri” mövzusunda respublika elmi konfransının keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, vaxtilə ermənilər tərəfindən vəhşicəsinə, qeyri-insani şəkildə öldürülənlərin toplu məzarlığında müəyyən yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı, digər millətlərə də aid olan insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.
Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı müxtəlif bölgələrdə həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07