Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, layihə barədə Milli Məclisin birinci vitse-prezidenti Ziyafət Əsgərov məlumat verib. O, bu əməkdaşlıq sazişinin məqbul və vacib bir saziş olduğunu söyləyib.
Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.