Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verdi
11 avqust 2014 17:10 (UTC +04:00)

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə məktubu yazıb. Lent.az-ın məlumatına görə, prezident məktubda bir neçə gün əvvəl Tehranda qəzaya uğramış təyyarədə həlak olanlarla bağlı başsağlığı verib: 

 

“Hörmətli cənab Prezident,
Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar