Azərbaycan-ABŞ münasibətləri ARDNŞ-də müzakirə edilib
30 may 2013 02:17 (UTC +04:00)

Azərbaycan-ABŞ münasibətləri ARDNŞ-də müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində “Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Amerikanın federal, həmçinin ştat senator və konqresmenlərindən, siyasi və ictimai xadimlərdən, elm adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycanla Amerika arasında ikitərəfli və parlamentlərarası əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsində qarşılıqlı səfərlərin, görüş və fikir mübadilələrinin mühüm rol oynadığını qeyd edib.


ARDNŞ-in prezidenti ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 21-ci ildönümü münasibətilə Vaşinqtonda keçirilmiş forumu xatırladaraq, Bakı forumunun da iki ölkə arasında dialoqun gücləndirilməsi baxımından mühüm mərhələ olacağına əminliklə söyləyib.


ABŞ Konqresinin üzvləri Qreqori Miks, Leonard Lans və Ceyms Braydenştayn Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik etmiş, Azərbaycanın bölgədə ABŞ-ın strateji müttəfiqi olduğunu söyləmişlər. ABŞ ilə Azərbaycan arasında əlaqələrin getdikcə möhkəmləndiyini qeyd edən qonaqlar Azərbaycanın Avropa dəyərlərinə bağlı, sivil və demokratik ölkə olduğunu vurğulayıb, Avropanın enerji təhlükəsizliyi baxımından ölkəmizin rolunu yüksək qiymətləndiriblər.

Onlar səfər müddətində Azərbaycanın zəngin tarixi, mədəniyyəti ilə tanış olduqlarını, ölkədə gedən müasirləşmə və quruculuq işləri ilə maraqlandıqlarını, habelə vətəndaşların qonaqpərvərliyinin şahidi olduqlarını, xalqımızı yaxından tanıdıqlarını diqqətə çatdırıblar.


Daha sonra ARDNŞ-in prezidenti R.Abdullayev qonaqları maraqlandıran suallara cavab verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar