Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin yeni sədrinin kimliyi əsas etibarilə məlum olub.
Partiyadakı mənbələrdən Lent.az-a verilən məlumata görə, GK-nın yeni sədri İlham Hüseyn olacaq. O, indiyədək AXCP Gənclər Komitəsinin sədr müavini idi.
Daxil olan məlumatda bildirilir ki, AXCP GK-nın bir neçə gün sonra keçiriləcək konfransında İ.Hüseynin sədr seçildiyi elan olunacaq.
Qeyd edək ki, AXCP-nin nizamnaməsinə görə, GK sədri partiyanın sədri tərəfindən təyin olunur. AXCP GK-nın hazırkı sədri Əbülfəz Qurbanlıdır.
Yeni sədri İlham Hüseyn eyni zamanda “Azadlıq” qəzetinin yazarıdır.