Avropa Parlamenti qondarma “erməni soyqırımı “ ilə bağlı qətnamə qəbul etdi
15 aprel 2015 23:37 (UTC +04:00)

Avropa Parlamenti qondarma “erməni soyqırımı “ ilə bağlı qətnamə qəbul etdi

APA-nın Avropa bürosunun xəbərinə görə, AP-nin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka)  qondarma “erməni soyqırımının” 100 illiyinin Ümümavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən Avropa parlamentarlarının demək olar hamısı belə bir “soyqırımın baş verdiyini” söyləyiblər.  Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, soyqırımı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa səsləyiblər.

 

Fransalı avroparlamentar Jan-Mari Kavada isə daha irəli gedərək, Türkiyənin prezidentini “100 il öncə qətlə yetirilmiş ermənilərin ruhu qarşısında baş əyməyə” çağırıb. Çıxış edən bir çox avropalı deputatlar üçün əsas istinad nöqtəsi isə Roma Papasının da “erməni soyqırımı” ifadəsini işlətməsi olub.

 

Ümumiyyətlə, bu gün keçirilmiş iclasda zalda oturanların əksəriyyəti ermənilərin müdafiəçisi kimi çıxış ediblər. Onlardan heç biri Türkiyənin mövqeyini dəstəkləməyib, ermənilərin törətdikləri soyqırımlarla bağlı bir cümlə də səsləndirməyib.

Avropa Komissiyası adından çıxış edən qurumun vitse-prezidenti Kristina Georgiyeva isə öz çıxışında “soyqırım” kəlməsini işlətmədiyi üçün bir neçə deputatın qəzəbinə tuş gəlib. Xanım Georgiyeva bu haqda suala cavab verərkən, “soyqırım” məsələsinin çox həssas olduğunu deyərək, AB-nə üzv ölkələri arasında bununla bağlı birmənalı mövqeyin olmadığını qeyd edib.

 

Qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.

 

Qeyd edək ki, qəbul olunmuş qətnamə layihəsində Avropadakı vətəndaş cəmiyyətlərini, parlamentarlar, assosiyasiyalar, mətbuat nümayəndələri, eləcə də Avropa Komissiyası, Avropa Birliyi Şurası və AP Ümümavropa anım mərasimini qeyd etməyə səslənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar