ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara iyunun 17-20-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə L.Kojara ABŞ-ın Helsinki Komissiyasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoq mühitinin yaradılması üzrə Minsk Qrupunun fəaliyyətini dəstəkləyir: “Bunun üçün atəşkəs haqqında sazişə ciddi riayət edilməlidir”.