ATƏT PA həmsədrlərə müraciət etdi
03 iyul 2013 14:45 (UTC +04:00)

ATƏT PA həmsədrlərə müraciət etdi

0

ATƏT PA-nın növbəti yay sessiyası gələn ilin iyununda Bakıda keçiriləcək


 

İstanbulda ATƏT Parlament Assambleyasının növbəti yay sessiyası başa çatıb. APA-nın məlumatına görə, sessiyanın yekununda İstanbul Bəyannaməsi qəbul olunub. Bəyannamədə ATƏT PA deputatları həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin əhlli üçün Azərbaycan və Ermənistana dəstəyi davam etdirməyə çağırıblar. Bundan başqa sənəddə Suriya məsələsi, KİV azadlığı, kibertəhlükəsizlik, insan alverinə qarşı mübarizə məsələləri öz əksini tapıb. Bundan başqa deputatlar Fələstinə ATƏT-də tərəfdaş statusu verilməsi ideyasını da dəstəkləyiblər. Sessiyada ATƏT-in büdcəsi də təsdiq olunub.

 

Sessiyada ATƏT PA-nın payız sessiyasının 13-15 oktyabrda Budvada, növbəti yay sessiyasının isə gələn il 28 iyun-2 iyul tarixlərində Bakıda keçirilməsi barədə qərar qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar