AŞPA ermənilərə “soyqırımı” ifadəsi işlətməyə icazə vermədi
20 aprel 2015 15:03 (UTC +04:00)

AŞPA ermənilərə “soyqırımı” ifadəsi işlətməyə icazə vermədi

 

 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Ermənistan nümayəndə heyəti AŞPA-nın iclas keçirilən zalının qarşısında qondarma “erməni soyqırımının” 100 illiyinə həsr olunmuş sərgi təşkil edib.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, sərgidə 100 il əvvəl baş vermiş hadisələr zamanı xarici mətbuatda əks olunan yazı və fotolar əksini tapıb.

 

Lakin sərginin rəsmi stendində “soyqırımı” ifadəsi işlədilməyib, hadisələr qətliam kimi xarakterizə olunub.

 

“Soyqırımı” ifadəsinin işlədilməsinə AŞPA rəhbərliyinin icazə vermədiyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar