Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş naziri Artur Rasizadəni “Xalqlar Dostluğu” ordeni ilə təltif edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bu barədə aprelin 7-də sərəncam imzalayıb.
A. Rasizadə iki ölkə arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına, möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfələrə görə təltif olunub.