Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb. Lent.az-ın verdiyi məlumata görə, spiker Oqtay Əsədov bildirib ki, bu iclas sessiya ərzində sayca beşincidir və hökumətin hesabatı dinləniləcək.
O qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirtdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb.
O hesabata istinadən deyib ki, bu il Dövlət Neft Fondunun ehtiyatı 36 milyard dollara çatıb, neftin satış qiyməti 109,1 dollar olub.
Daha sonra baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı barədə deputatlar qarşısında çıxışa başlayıb, hazırda çıxış davam edir.
İclasda nazirlər də də iştirak edir.
Qeyd edək ki, iclasda həmçinin Cinayət Məcəlləsinə və Cinayət-Prosessual məcəllələrinə, o cümlədən "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna dəyişikliklər də müzakirə olunacaq.