Dekabrın 10-da Ermənistan prezidenti Serj Sarkisyan ABŞ dövlət katibinin Avropa və Avroasiya işləri üzrə müavini Erik Rubini qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, görüş zamanı tərəflər dövlətlərarası münasibətdən, ABŞ - Ermənistan danışıqlardan danışıblar.
Onlar Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki münaqişənin dinc yolla tənzimlənməsi prosesinə, eləcə də son zamanlar aparılan danışıqlara toxunublar.