ABŞ Azərbaycana maliyyə yardımını azaldacaq
05 mart 2014 12:06 (UTC +04:00)

ABŞ Azərbaycana maliyyə yardımını azaldacaq

2015-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstana ayrılacaq maliyyə yardımının həcmi bəlli olub

 

Bakı. Viktoriya Dementyeva – APA. ABŞ Dövlət Departamenti 2015-ci ildə bir sıra dünya ölkələrinə maliyyə yardımı və bu ölkələrdə həyata keçiriləcək proqramlara ayrılacaq vəsaitin əks olunduğu büdcə layihəsini təqdim edib. APA-nın Dövlət Departamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycana yardım yenidən azaldılacaq.

 

 

Belə ki, 2013-cü ildə ABŞ-ın Azərbaycana yardımı 16 milyon dollardan çox olsa da, 2014-cü ildə bu miqdar 15,5 milyona enib, 2015-ci ildə isə 12,7 milyon dollar təşkil edəcək. Bu məbləğin 9,6 milyonu iqtisadi dəstək, 800 min dolları hüquq-mühafizə orqanlarının narkoticarətlə mübarizəsinə, 600 min dolları beynəlxalq hərbi təhsil və təlimlərə, 1,7 milyonu isə xarici hərbi maliyyələşmə kimi ayrılacaq. 

 

Qeyd edək ki, büdcəyə əsasən ABŞ 2015-ci ildə Ermənistana 24,7 milyon dollar, Gürcüstana isə 53,5 milyon dollar verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779
avatar

Oxşar yazılar