[b]Zakir Həsənov Moskvaya gedir[/b]
14 iyun 2016 13:48 (UTC +04:00)

[b]Zakir Həsənov Moskvaya gedir[/b]

 

 

Sabah Rusiya paytaxtında MDBölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılması planlaşdırılır.

 

İclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edəcək.

 

Sabah həmçinin Rusiya və Azərbaycan müdafiə nazirləriSergey Şoyqu və Zakir Həsənov arasında ikitərəfli görüş keçiriləcək.

 

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşün Moskvada keçiriləcəkMDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində baş tutacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

APA Baycan

Oxşar yazılar