[b]Millət vəkili:[/b] “Onlara əhəmiyyət vermək lazım deyil”
26 sentyabr 2014 12:37 (UTC +04:00)

[b]Millət vəkili:[/b] “Onlara əhəmiyyət vermək lazım deyil”

"Beynəlxalq təşkilatların toruna düşərək aldanmış siyasətçilərin Azərbaycanla bağlı səsləndirdikləri ittihamlara əhəmiyyət vermək lazım deyil". Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov komitənin bu gün keçirilən iclasında bildirib.

 

 “Onlar bizim ölkənin inkişafını istəmirlər, bu inkişafı gözləri götürmür. Ona görə belə əsassız, qərəzli ittihamlarla, bəyanatlarla çıxış edirlər. Ancaq bunlara çox da ciddi əhəmiyyət vermək lazım deyil. Dediyim kimi, Azərbaycan sürətli inkişaf yolundadır və heç bir qüvvə onu bu yolundan döndərə bilməz. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 20 il öncə tarixi neft kontraktları imzalandı, "Əsrin müqaviləsi" həyata vəsiqə aldı. Bu günlərdə də həmin müqavilənin 20 illiyini qeyd etdik.  Bu müqavilə, Azərbaycanın qoruyucu qalasıdır. Heç kim, heç bir qüvvə də bu qalanı aşa bilməz. Çünki bu qalanın özülü, bünövrəsi çox möhkəm və sağlamdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797
avatar

Mübariz Aslanov

Oxşar yazılar