Avropa Şurasının Paprlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 33 nəfərlik nümayəndə heyəti göndərəcək.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
Nümayəndə heyətinin aprelin 10-da Bakıya gəlməsi gözlənilir.
Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.