“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir
15 aprel 2015 12:05 (UTC +04:00)

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir

 

 

Azərbaycanda sərbəst toplaşmanın təşkili ilə bağlı qaydalarda dəyişiklik edilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10-cu (Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması) maddəsinə dəyişiklik təklif olunur.

 

Dəyişikliyə əsasən, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə artıq azı 3 iş günü qalmış yox, ümumiyyətlə 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Layihədə o da bildirilir ki, həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar