Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvləri və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri Müstəqil Mətbuat Mərkəzində olub. Onlara mərkəzin iş prinsipləri, jurnalistlər üçün yaradılan şərait barədə məlumat verilib.
Lent.az-ın məlumatına görə,toplantıda çıxış edən Mərkəzi Seçki Komissiyası (
MŞ sədri Əflatun Amaşov öz çıxışında seçki günü təkcə yerli deyil, xarici kütləvi informasiya vasitələrinin də prosesi işıqlandıracaqlarını deyib: “MŞ-nın İdarə Heyətinin üzvləri oktyabrın 9-da ölkənin müxtəlif bölgələrində müşahidələr aparacaq, medianın prosesi işıqlandırması ilə bağlı vəziyyəti izləyəcəklər. Seçki günü MŞ-da «qaynar xətt» fəaliyyət göstərəcək. Peşə vəzifəsini yerinə yetirən jurnalistlər hər hansı maneçiliklə üzləşdikləri halda bizə məlumat verə biləcəklər. Bu yolla yarana biləcək problemlərin operativ aradan qaldırılmasına imkanımız olacaq».
Müstəqil Mətbuat Mərkəzinin koordinatoru Elşad Fərzəliyev yaradılmış texniki şərait barədə söhbət açaraq mərkəzin yüksək sürətli internetlə təmin olunduğunu, məkanda brifinqlərin, mətbuat konfranslarının keçirilməsinin mümkünlüyünü deyib. Seçki günü mərkəz proseslə bağlı məlumatlar hazırlayaraq KİV-lərə ötürəcək.