“Policy Forum Armenia”dan Ermənistanda korrupsiyaya dair yeni faktlar
23 oktyabr 2013 19:18 (UTC +04:00)

“Policy Forum Armenia”dan Ermənistanda korrupsiyaya dair yeni faktlar

“Ermənistanda irimiqyaslı mənimsəmə və kriminal əməllər sahəsində keçmiş prezident Robert Köçəryanın rəqibi yoxdur”

 

ABŞ-da fəaliyyət göstərən “Policy Forum Armenia” qeyri-hökumət təşkilatı tərəfindən “Ermənistanda korrupsiya” adlı müfəssəl və təhlil xarakterli hesabat hazırlayıb.


 

APA-nın xəbərinə görə, “Policy Forum Armenia” əsasən ABŞ-da yaşayan və elmi dairələrdə nüfuz sahibi olan ermənilərdən təşkil olunaraq, innovativ və praktiki tövsiyə və təkliflər vasitəsilə Ermənistanın iqtisadi inkişafını və milli təhlükəsizliyini gücləndirmək məqsədini güdür.

 

Sözügedən hesabatda Ermənistanın hüquq-mühafizə orqanları, silahlı qüvvələri, dövlət satınalma, səhiyyə və təhsil sistemlərində özünü büruzə verən korrupsiya halları və çirkli pulların yuyulması əməlləri təhlil edilib, korrupsiyanın makro və mikro-iqtisadi səviyyədə təsirləri göstərilib, korrupsiya hallarının aradan qaldırılması üçün təklif və tövsiyələr irəli sürülüb. Hesabatda korrupsiyanın Ermənistan cəmiyyəti üçün xarakterik xüsusiyyətləri, ənənəvi korrupsiya meylləri və bu xüsusda mövcud sosial təfəkkür də araşdırılıb.

 

Hesabatda diqqətçəkən məqamlardan biri Ermənistanın yüksək siyasi rəhbərliyində olan şəxslərin irimiqyaslı korrupsiya əməllərində adlarının hallanmasıdır. Hesabata görə, irimiqyaslı mənimsəmə və kriminal əməllər sahəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəqibi yoxdur. Yeni təsis edilmiş “Anti-corruption” qeyri-hökumət təşkilatı onu Ermənistanın korrupsiyalaşmış şəxsləri sırasında ən ön sıraya qoyub. İddia olunur ki, R.Köçəryan Ermənistan daxilində və xaricdə böyük maliyyə-iqtisadi imkanlara malik konqlameratın sahibidir.

 

Bu sırada öncül yer tutan digər şəxs keçmiş təbii sərvətlər naziri, hakim Respublika Partiyasından millət vəkili və Ermənistan parlamentində iqtisadi məsələlər üzrə daimi komitənin sədri Vardan Ayvazyandır.  2001-2007-ci illərdə bu şəxs öz ailə üzvlərinə mədən sənayesi ilə məşğul olmaq üçün cəlbedici lisenziyalar verib. Nyu-Yorkun cənub rayon məhkəməsinin qərarı ilə bu şəxs “Global Mining LLC” şirkətindən pul tələb etdiyi üçün günahkar hesab edilib və onun barəsində 37,5 milyon dollar dəyərində cərimə kəsilib.

 

Mədən sənayesində digər böyük maraqlara malik olan şəxs Ermənistan parlamentinin spikeri Hovik Abramyandır. Hesabatda Ermənistanın baş naziri Tigran Sarkisyanın Kiprdəki ofşor zonada hesablara malik olduğu göstərilir. Dövlət Vergi və Gömrük Agentliyinin sədri Qagik Xaçatryanın isə ölkənin əsas internet və kabel televiziyası şəbəkəsinə, iki qida məhsulları idxal edən şirkətə, supermarketə, avtomobil ticarəti şirkətinə, bahalı saat mağazasına və kassa aparatları üçün kağız idxalı üçün tam inhisara malik olduğu bildirilir.

 

Ermənistanda hərbi sahədə korrupsiya və rüşvətxorluq halları haqqında yazmağın de-fakto qadağan olmasına və bununla əlaqədar qeyri-qanuni ciddi cəzaların tətbiq oluna biləcəyinə baxmayaraq, hesabatda Ermənistan silahlı qüvvələrindəki rüşvətxorluq halları diqqəti cəlb edir.

 

Ordudakı sistematik rüşvətxorluq və korrupsiya hallarına görə ordu üçün ayrılmış resursların qeyri-səmərəli istifadəsi, mənimsəmə və israfçılıq, Silahlı Qüvvələrin idarə olunmasının aşağı səviyyədə təşkili, nepotizm, şəxsi heyətin qüsurlu şəkildə komplektləşdirilməsi, ordu içərisində dövlət maraqlarını öz şəxsi və klan maraqlarına tabe etdirən xüsusi maraq qruplarının formalaşması, demokratiya pərdəsi altında hakim kriminal-oliqarx sistemin yaranması, hakimiyyəti gücləndirmək üçün qeyri-konstitusion əsasda ordudan istifadə olunması və sair bu kimi halların özünü göstərdiyi qeyd olunur. Bunların müqabilində isə Ermənistan ordusunun hazırlıq səviyyəsinin və müdafiə qabiliyyətinin əsaslı şəkildə aşağı düşdüyü vurğulanır. 

 

Hesabatın tam mətni bu linkdən əldə edilə bilər: http://www.pf-armenia.org/sites/default/files/documents/files/PFA%20Corruption%20Report_1.pdf

 

# 1188
avatar

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08