“Nida”çıların məsələsi Milli Məclisdə qaldırıldı
18 aprel 2014 12:33 (UTC +04:00)

“Nida”çıların məsələsi Milli Məclisdə qaldırıldı

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Nida”çıların məhkəməsi ilə bağlı  məsələ qaldırılıb. Lent.az-ın məlumatına görə, çıxış edən deputat İqbal Ağazadə “Nida”çıların ötən gün keçirilən məhkəməsini və prokurorun tələbini “siyasi sifariş” adlandırıb.

 

 

O, prokurorun bu qədər iş istəməsini yersiz adlandırıb və “Nida”çıların işini siyasi məsələ kimi xarakterizə edib. Ona cavab olaraq iclası aparan birinci vitse-spiker Ziyafət Əsgərov isə qəti etiraz edərək deyib: “Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məsuliyyət cəlb olunmuş şəxslər var. Vəssalam!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1550
avatar

Mübariz Aslanov

Oxşar yazılar