“Azərbaycanın işğalda olan torpaqları Türkiyənin ən önəmli məsələlərindəndir” - YENİLƏNİB
13 iyun 2014 13:29 (UTC +04:00)

“Azərbaycanın işğalda olan torpaqları Türkiyənin ən önəmli məsələlərindəndir” - YENİLƏNİB

“Azərbaycanın işğal altında olan torpaqları Türkiyənin gündəmində olan ən önəmli məsələlərdəndir”. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Bakıda keçirilən TÜRKPA-nın 5-ci plenar iclasında bildirib.

 

 

O qeyd edib ki, Qafqazda qalıcı sülhün təmin edilməsinə işğala son qoyulması və 1 milyondan çox insanın evlərinə dönüşü ilə nail oluna bilər: “TÜRKPA olaraq da Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün və Ermənistanın işğalına qarşı sərt mövqe göstərmək lazımdır. Hamı bilməlidir ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bu, birmənalı olaraq belə olacaq. Türkiyə tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması bütün beynəlxalq proseslərdə gündəmə gətirilir. Bundan sonra da torpaqlar işğaldan azad olana qədər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim gündəmimizin əsas mövzusu olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar