“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edildi
29 dekabr 2012 18:15 (UTC +04:00)

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edildi

0

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmanda qeyd olunur ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcək.

 

İnkişaf Konsepsiyasının həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilib.
 

Fərmanda İqtisadi İnkişaf Nazirliyinə İnkişaf Konsepsiyası ilə bağlı dövlət orqanlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması və onun tərkibi haqqında təkliflərini, İnkişaf Konsepsiyasının həyata keçirilməsini təmin etmək üçün qəbul ediləcək dövlət proqramlarının, strategiyaların, digər sənəd və tədbirlərin siyahısını (onların hazırlanması və icra müddətləri, məsuliyyətli dövlət orqanları haqqında təkliflər də daxil olmaqla) iki ay müddətində Prezident Administrasiyasına təqdim etmək, İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə aparılan işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
 

Aidiyyəti dövlət orqanlarının rəhbərlərinə isə tapşırılıb ki, İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri tədbirlər görsünlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1546

Oxşar yazılar