“Milli Şura İsa Qəmbərə heç vaxt səs verməz”
26 iyul 2013 20:01 (UTC +04:00)

“Milli Şura İsa Qəmbərə heç vaxt səs verməz”

 “İsa Qəmbər şəxsiyyətinə fərdi şəkildə heç vaxt nə neqativ, nə də pozitiv münasibətim olmayıb. Ətrafındakı partiya funksionerləri ilə müqayisədə kifayət qədər yüksək intellektualının olmasını da şübhə altına almamışam. Bir daha qeyd etmək istəyirəm ki, mən onun apardığı siyasətin düzgün olmadığını və keçdiyi yolun bunu təsdiqlədiyini qeyd etmişəm və yenə faktlarla bunu sübut edə bilərəm”. APA-nın məlumatına görə, bu fikirləri Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

ACP lideri Müsavat Partiyasından ona yönəldilmiş mesajlara son dəfə aydınlıq gətirmək istədiyini qeyd edib. O, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının səsləndirdiyi ittihamı cavablandırıb: “Hörmətli Gülağa müəllimin iddiası da mütləq mənada düzgün deyil. Əlbəttə, İsa Qəmbərin Milli Şuranın vahid namizədi kimi prezidentliyə namizədliyini irəli sürmək istəməsinə etiraz etmirəm. Və bilirəm ki, o və siz belə bir fikrə düşməmisiniz. Çünki Milli Şura istənilən variantda, Rüstəm İbrahimbəyov olsa da, olmasa da, onun vahid namizəd olmasına səs verməz, bu müzakirə obyekti deyildir, aksiomadır. Mən onun fərdi və ya partiyanın qərarı ilə prezidentliyə namizəd olmasının dağıdıcı rol oynayacağından yazmışam. Nəticədə onsuz da zəif olan müxalifət ümumiyyətlə qəbirə qoyulacaq. Müxalifət real yox virtual, qəzetlərdə, internet səhifələrində, facebookda fəaliyyət göstərəcək”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar