Müsavat partiyası aprelin 19-da yürüş keçirəcək.
Bu barədə Lent.az-a partiya başqanının müavini Səxavət Soltanlı məlumat verib. Partiyada Sədrlər Şurasının toplantısında yekdillklə yürüşlə bağlı qərar qəbul edilib.
Səxavət Soltanlı yaxın günlərdə bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ediləcəyini bildirib. Onun sözlərinə yürüş aprelin 19-da saat 16:00-dan 17:00-dək metronun "20 yanvar" stansiyası qarşısından Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionuna (keçmiş "Məhsul") qədər nəzərdə tutulub.