20 Yanvar şəhidləri Kanadada anılıb
20 yanvar 2016 08:57 (UTC +04:00)

20 Yanvar şəhidləri Kanadada anılıb

2016-cı il yanvarın 19-da Azərbaycanın Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Azərbaycanın Kanadadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, mərasimdə Ottava şəhərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli 20 Yanvar faciəsi haqqında ümumi məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb. O, vurğulayıb  ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə bu hadisə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.

 

R.Hüseynlinin sözlərinə görə, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Belə ki, həmin faciəli gündə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək qəhrəmanlıq zirvəsinə ucaldılar.  

Sonra Azərbaycan diasporunun üzvləri də 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirib və Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə ediblər.

 

Çıxışlardan sonra  20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və tədbir iştirakçılarına ehsan verilib.

 

Tədbir zamanı 39-cu Monreal Beynəlxalq Film Festivalında xüsusi mükafata layiq görülmüş Azərbaycan xalqının azadlıq mübarizəsini əks etdirən rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi və fotolar da nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar