Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tərəfindən 30 seçki dairəsi üzrə namizəd irəli sürülüb.
Lent.az xəbər verir ki, bu barədə VHP-nin sosial şəbəkə hesablarında məlumat yer alıb.
Məlumata görə, müvafiq sənədlər dairə seçki komissiyalarına təqdim edilib.
Bildirilib ki, bütün namizədlərin sənədləri DSK-lara təqdim edildikdən sonra yekun siyahı elan ediləcək.