ChatGPT ABŞ-ın yeni prezidenti Donald Trampın Ukraynadakı münaqişəni sona çatdırmaq qabiliyyəti ilə bağlı sualı cavablandırıb.
Lent.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.
Bot “Donald Tramp Ukraynadakı müharibəni bitirə bilərmi və o, Ukraynanın suverenliyini qoruyub saxlayaraq bunu necə edəcək?” sualına belə cavab verib:
“Ukrayna münaqişəsinə bir neçə amil təsir edə bilər. Söhbət ilk növbədə Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında birbaşa danışıqlardan gedir. Tramp hər iki tərəfə danışıqlar aparmağa təzyiq edəcək və ehtimal ki, əlaqələrindən və təsirindən istifadə edərək, nizamlamada vasitəçilik edəcək.”
ChatGPT həmçinin Trampın ABŞ-dan Ukraynaya hərbi yardımı azaltmaqla Zelinskini güzəştə getməyə sövq edə biləcəyini deyib.
Onun fikrincə ABŞ-ın yeni seçilmiş prezidentinin Rusiyaya qarşı sanksiyaları yumşaldacağı ehtimalı var.