Tbilisi teleqülləsi Azərbaycan bayrağı   rəngində
30 sentyabr 2022 21:32 (UTC +04:00)

Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, teleqüllə  Bakı Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Gürcüstana səfəri ilə əlaqədar Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Qeyd edək ki, sabah Tbilisidə "Tbilisoba" şəhər bayramı keçiriləcək. Eldar Əzizov bayram tədbirlərində iştirak edəcək.
 

# 2781
avatar

Oxşar yazılar