Şuşadakı  Aşağı Gövhər Ağa məscidini ziyarət
10 iyul 2021 17:21 (UTC +04:00)

Şuşadakı Aşağı Gövhər Ağa məscidini ziyarət

Şuşada Aşağı Gövhər Ağa məscidində Quran oxundu - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər.

Lent.az APA-ya istinadla məlumat verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məscidlə bağlı məlumat verib.

Məscidin erməni işğalı zamanı dağıdıldığı, vandallığa məruz qaldığı bildirilib.

Məsciddə ziyarət namazı qılınıb, dualar edilib, Quran oxunub.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

Səfər iki gün davam edəcək.

# 2907
avatar

Oxşar yazılar