Sərhəddə təxribat törədən Ermənistanın diplomatik riyakarlığı - TƏHLİL 
13 sentyabr 2022 05:44 (UTC +04:00)

Sərhəddə təxribat törədən Ermənistanın diplomatik riyakarlığı - TƏHLİL 

Azərbaycan-Ermənistan sərhədində təxribat törədib hərbi toqquşma yaradandan sonra Ermənistan növbəti diplomatik riyakarlığa başlayıb. 

Rusiya prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makrona zəng edən Paşinyan daha sonra Təhlükəsizlik Şurasının iclasını keçirib.
İclasda Ermənistan prezidenti Vaaqn Xaçaturyan və spiker Alen Simonyan da iştirak edib.
Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Rusiyaya müraciət etmək barədə qərar qəbul edib. 
Qeyd edək ki, Ermənistan hər dəfə üçtərəfli danışıqların ruhuna zidd olaraq, təxribatlar törədir, revanşist cəhdlər edir. Azərbaycan ərazilərinə diversiya sızmaları etməyə cəhd göstərir, əraziləri minalamağa çalışır, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz silahlı dəstələrə hərbi texnika və əsgəri dəstək göstərir.
Beynəlxalq ictimaiyyəti aldadaraq, yalan və riyakar bəyanatlar verən Ermənistan hərbi siyasi rəhbərliyi informasiya təxribatını da davam etdirir. 
Bu gün Ermənistan növbəti dəfə dövlət sərhədində toqquşmalara səbəb olmaqla yanaşı, informasiya təxribatı ilə məşğul olaraq, Azərbaycanın "Ermənistan ərazisini atəşə tutması" və "təcili tibbi yardım maşınına atəş açması" barədə feyk xəbərlər yayıb. 
Azərbaycan Müdafiə Nazirliyi hər iki yalanı ifşa edib. 
Ermənistan rəhbərliyi isə diplomatik riyakarlığı ilə beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün səylərini davam etdirir.
Paşinyanın ardınca xarici işlər naziri Ararat Mirzoyan da rusiyalı həmkarı Sergey Lavrova zəng edərək, İrəvanın törətdiyi təxribatı Azərbaycanın ayağına yazmağa, əzabkeş obrazına girməyə çalışıb. Ermənistan bu məsələdə xaricdəki diaspor təşkilatlarını, lobbilərini, xüsusilə ermənipərəst siyasətçiləri də prosesə qoşub. Artıq ermənipərəst konqresmenlər, fransız siyasətçilər Azərbaycan əleyhinə ənənəvi bəyanatlarını səsləndirməyə başlayıblar. Görünən budur ki, Ermənistan sərhəddə təxribatları planlaşdırarkən paralel olaraq siyasi-diplomatik həmlələri də hazırlayıb və hazırda bu istiqamətdə də fəaliyyətini davam etdirməkdədir.

# 1914
avatar

Oxşar yazılar

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür

31 yanvar 2023 , 00:05
 NATO-nun generalı   Çexiyanın yeni prezidenti oldu –  Onu TANI

NATO-nun generalı Çexiyanın yeni prezidenti oldu – Onu TANI

30 yanvar 2023 , 20:15
VESTİ.AZ:  “Erməni cəmiyyətində şir defisiti və çaqqal bolluğu”

VESTİ.AZ: “Erməni cəmiyyətində şir defisiti və çaqqal bolluğu”

30 yanvar 2023 , 17:40
İçimizdəki iranbaşlar

İçimizdəki iranbaşlar

30 yanvar 2023 , 15:53
Şaxtalı gecələri küçədə yatan azərbaycanlılar - İran vətəndaşlarına niyə sahib çıxmır?

Şaxtalı gecələri küçədə yatan azərbaycanlılar - İran vətəndaşlarına niyə sahib çıxmır?

30 yanvar 2023 , 14:14
Bir sıra ölkələr İrandakı səfirliklərini bağlamaq istəyir

Bir sıra ölkələr İrandakı səfirliklərini bağlamaq istəyir

30 yanvar 2023 , 12:45
Nazirlər Orxan Əsgərovun dəfnində - FOTO

Nazirlər Orxan Əsgərovun dəfnində - FOTO

30 yanvar 2023 , 12:24
İrandan Azərbaycana neçə nəfər təxliyə olundu? - FOTO

İrandan Azərbaycana neçə nəfər təxliyə olundu? - FOTO

29 yanvar 2023 , 23:32