Xəbər verdiyimiz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə əfsanəvi futbolçu Ronaldinyo Qauço Bakıda səfərdədir.
Lent.az xəbər verir ki, futbolçu bu gün COP29-un keçirildiyi məkana gəlib.
O, Braziliya, Azərbaycan və digər ölkələrin pavilyonları ilə tanış olub.