Amerikanın “Blackstone” investisiya şirkətinin baş direktoru və ABŞ-ın Respublikaçılar Partiyasının əsas sponsoru Stiven Şvartsman 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayan ölkənin keçmiş prezidenti Donald Trampı dəstəkləməyəcəyini bildirib.
Lent.az bildirir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
“Amerika liderləri bu günə və dünənə deyil, bu günə və sabaha fokuslandıqda daha yaxşı olar... Respublikaçılar Partiyasının yeni nəslin liderlərinə müraciət etmə vaxtıdır və mən prezident seçkilərində onlardan birini dəstəkləmək niyyətindəyəm”, - Şvartsman deyib.
Stiven Şvartsman
Qeyd olunur ki, Şvartsman Trampa yaxın olub, onunla ticarət məsələlərində fəal əlaqə saxlayır və onun prezidentliyi illərində Ağ evdə real təsirə malik olub.
Şvartsman iki həftə ərzində Trampa qarşı çıxan ikinci böyük respublikaçı donor olub. Ondan əvvəl “Citadel hedj” fondunun qurucusu milyarder Ken Qriffin bu dəfə Florida ştatının qubernatoru Ron DeSantisə dəstək verdiyini bəyan edib.
Mayk Pens
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens amerikalıların ölkənin keçmiş lideri Donald Trampdan daha yaxşı seçimlərinin olduğunu deyib və onun 2024-cü il seçkilərində özünün də iştirakını istisna etməyib.