Qarabağda sülhməramlıların yerləşdiyi ərazi ilə bağlı TAPŞIRIQ
10 dekabr 2022 14:41 (UTC +04:00)

Qarabağda sülhməramlıların yerləşdiyi ərazi ilə bağlı TAPŞIRIQ

Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib.

Lent.az xəbər verir ki, Müdafiə Nazirliyinin 2022-ci ilin yekunlarına dair keçirilən kollegiya iclasında nazir, general-polkovnik Zakir Həsənov çıxış edib. İclas zamanı Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Oxşar yazılar