Qanunsuz erməni birləşmələri üçün hərbi daşımalar davam edir - VİDEO
24 mart 2023 14:08 (UTC +04:00)

Qanunsuz erməni birləşmələri üçün hərbi daşımalar davam edir - VİDEO

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

# 1743
avatar

Oxşar yazılar

İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

30 may 2023 , 20:34
Niyə qaraçıların  öz ölkəsi   yoxdur?

Niyə qaraçıların öz ölkəsi yoxdur?

30 may 2023 , 20:15
Liderlərin “böyük görüşü”  olacaq

Liderlərin “böyük görüşü” olacaq

30 may 2023 , 17:30
İsrail Prezidenti Azərbaycana gəldi

İsrail Prezidenti Azərbaycana gəldi

30 may 2023 , 10:25
Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

30 may 2023 , 10:08
Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

30 may 2023 , 09:43
İsrail Prezidenti Azərbaycana gəlir

İsrail Prezidenti Azərbaycana gəlir

30 may 2023 , 07:50
COEST qrupu işğaldan azad olunan ərazilərə səfər edib - FOTO

COEST qrupu işğaldan azad olunan ərazilərə səfər edib - FOTO

29 may 2023 , 19:54