Rusiya prezidenti Vladimir Putin yükləyici işlədiyini etiraf edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə dövlət başçısı Kremlin Teleqram kanalında yayımlanan “Rusiya – imkanlar ölkəsi” muxtar qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının iclasında danışıb.
Tədbirdə Putinə Nijni Novqorod rəhbərinin müavini İlya Ştokman yaxınlaşıb və o, 2008-ci ildə Rusiyadan xaricə necə getdiyini, orada çörək zavodunda yükləyicidən iri İT şirkətinin rəhbərinə qədər yüksəldiyini söyləyib. Ona cavab verən prezident qeyd edib ki, çörək zavodu pis deyil. “Tələbə olanda yarımştat işləyirdim, dəmiryol vağzalında bir neçə kisə yükləyirdik, amma düzünü desəm, bu işi bəyənmədim”, - dövlət başçısı qeyd edib.