Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Lent.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Putin, Paşinyan və Əliyev arasında üçtərəfli danışıqlar keçiriləcək.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Transqafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə olunacaq”, - məlumatda deyilir.