Putin Bakıda milyarderlə görüşdən imtina etdi
20 avqust 2024 12:42 (UTC +04:00)

Putin Bakıda milyarderlə görüşdən imtina etdi

Rusiya prezidenti Vladimir Putin “V Kontakt” və Telegram sosial şəbəkələrinin yaradıcısı Pavel Durovla Azərbaycanda görüşməkdən imtina edib.

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın telegram kanalları məlumat yayıblar.

Qeyd olunub ki, Putinin Bakıya səfərindən bir neçə gün əvvəl Prezident Administrasiyasının əməkdaşları ona Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib. İmtina səbəbi və görüşün nəzərdə tutulan mövzusu naməlumdur.

Bildirilir ki, Rusiya prezidenti və Telegram-ın yaradıcısı eyni vaxtda Bakıda olublar. Artıq Putin Rusiyaya qayıdıb.

Qeyd edək ki, Pavel Durov proqramist, iş adamı və milyarderdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar