Mingəçevirdə anasını öldürən  21 yaşlı gənc saxlanıldı-YENİLƏNİB
20 avqust 2024 08:40 (UTC +04:00)

Mingəçevirdə anasını öldürən 21 yaşlı gənc saxlanıldı-YENİLƏNİB

Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Lent.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.




***
06:12


Avqustun 20-də 05 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 2003-cü il təvəllüdlü oğlu Çıraqov Rəşad Xalid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

Oxşar yazılar