Rusiyanın Yaroslavl şəhərində yaşayan azərbaycanlı biznesmen Elman Əzizov özünə qəribə ad günü keçirib.
Lent.az-ın xəbərinə görə, bütün işçilərini qədim Misirdə olduğu kimi qul kimi geyindirib, özü isə firon libasına bürünüb. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
“Firon” qullarının daşıdığı araba ilə məclisə daxil olub.
Özünü Firon kimi aparan biznesmenin ad günündən fotoları təqdim edirik.