Qusarda DƏHŞƏT:  43 yaşlı kişini güllələyib öldürdülər - YENİLƏNİB
20 avqust 2024 11:52 (UTC +04:00)

Qusarda DƏHŞƏT: 43 yaşlı kişini güllələyib öldürdülər - YENİLƏNİB

Qusarda qətlə yetirilən şəxs əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb. 

Nazirlikdən Lent.az-a bildirilib ki, 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlu əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.

***

19 avqust, saat 22:06

Qusar rayonu ərazisində güllə yaraları olan kişi meyiti tapılıb

Lent.az xəbər verir ki, aşkarlanan cəsədin 43 yaşlı R.Əhmədova məxsus olduğu müəyyənləşib.

Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10629
avatar

Oxşar yazılar