50 il əvvəl  itkin düşən ana və qızının qalıqları tapıldı
20 avqust 2024 10:01 (UTC +04:00)

50 il əvvəl itkin düşən ana və qızının qalıqları tapıldı

ABŞ-da 50 il əvvəl yoxa çıxan ana və qızın qalıqlarının olduğu avtomobil tapılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Floridada könüllülər, ilkin məlumatlara görə, yarım əsr əvvəl itkin düşən ana və onun qızına məxsus qalıqları olan avtomobil aşkar ediblər.

KİV-in məlumatına görə, itkin düşənləri axtaran təşkilat 2023-cü ildən yerli polislə əməkdaşlıq edir. Onlar sonuncu dəfə 1974-cü il noyabrın 7-də görünən 34 yaşlı Doris Vurst və onun 3 yaşlı qızı Karenin itkin düşməsi ilə bağlı şəraiti araşdırmaq istəyiblər. Həmin andan etibarən ailə “Chevrolet Impala” ilə birlikdə yoxa çıxıb.

Könüllülər 50 il sonra suyun altında qalmış avtomobil tapıblar. Avtomobilin içərisində böyük və uşağın qalıqları olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar