Teleaparıcı, xeyriyyəçi Hacı Nuranla “Bu şəhərdə” kollektivi arasında məzəli anlar yaşanıb.
Lent.az-ın xəbərinə görə, “Bu şəhərdə”nin ssenaristi Müşfiq Hətəmov Hacı Nuranla şəkil çəkdirmək istəyərkən Rafael İskəndərov yaxınlaşıb, onu kənara çəkərək, gülə-gülə “düşər-düşməzi olar” deyib.
Hacı Nuran bu yumora gülərək cavab verib.
Həmin anları Rafael İskəndərov öz sosial şəbəkə hesabında yayımlayıb.