Gəncə Dövlət Filarmoniyasında "Ruhun qidası"  adlı konsert olacaq
20 avqust 2024 13:17 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyasında "Ruhun qidası" adlı konsert olacaq

23 sentyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc kamança ifaçısı, Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva və gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayevanın "Ruhun qidası" adlı birgə konserti baş tutacaq.

Gəncədə ilk dəfə  keçiriləcək konsertdə gənc ifaçılar Üzeyir Hacıbəyli, Sevda İbrahimova, Tural Məmmədli,  Bela Bartok, List, Şopen, Bethoven, Bela Kovacs kimi bəstəkarların əsərlərini ifa edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar