Prezident bu ölkələrə YENİ SƏFİRLƏR  təyin etdi
19 avqust 2022 18:26 (UTC +04:00)

Prezident bu ölkələrə YENİ SƏFİRLƏR təyin etdi

Ruslan Novruz oğlu Rzayev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Azərbaycanın Küveytdə yeni səfiri təyin olunub.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev Emil Zülfüqar oğlu Kərimovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

***

Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam verib. Digər sərəncamla Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Ramin Həsənov Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Nəsimi Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Nəsimi Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Rəşad İntiqam oğlu Novruz Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Prezident İlham Əliyev Rəmzi Kazım oğlu Teymurovun Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam verilib.

***

Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

# 4404
avatar

Oxşar yazılar