Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış etsə də, bu rədd edilib.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan onu da qeyd edib ki, o, mandatın 20 il uzadılmasını təklif edib. Bu təklif qəbul olunmasa da, onun fikrincə, gündəliyə salınacaq.