Partiyaların yerli təşkilatlarından bu  tələb olunmayacaq
21 noyabr 2022 18:19 (UTC +04:00)

Partiyaların yerli təşkilatlarından bu tələb olunmayacaq

Siyasi partiyaların yerli təşkilat yaratması üçün 100 üzv tələbi aradan götürülür.

Lent.az-ın xəbərinə görə, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapıb.

Layihənin yeni redaksiyasına əsasən, yerli təşkilatın statusu Mülki Məcəlləyə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.

Qanun layihəsinin əvvəlki redaksiyasına görə, yerli təşkilat siyasi partiyanın azı 100 üzvündən ibarət olmaqla müvafiq inzibati ərazi vahidində formalaşdırılmalı idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806
avatar

Oxşar yazılar