Ordumuz Qırmızı Bazarı atəşə tutmayıb -  RƏSMİ
12 sentyabr 2022 13:13 (UTC +04:00)

Ordumuz Qırmızı Bazarı atəşə tutmayıb - RƏSMİ

0

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonu, Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəş açması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, həmin məlumatlar yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.

Nazirlikdən bildirilib ki, bu məlumatı qəti təkzib edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2242

Oxşar yazılar